Pulsuz xidmət şərtləri



Bu qaydalar SaytService tərəfindən təklif edilən pulsiz veb səhifələrin qeydiyyatı və bununla əlaqəli digər xidmətlərdən istifadə şərtlərini müəyyən edir. Pulsuz veb saytlarından istifadə qaydaları SaytService mərkəzinə pulsuz veb səhifəsi üçün qeydiyyat xahişi edildikdən və SaytService tərəfindən həmin xidmətin həyata keçirilməsindən dərhal sonra qüvvəyə minir. Yeni saytı qeydiyyatdan keçirərkən siz göstərilən qaydalarla razı olduğunuzu bildirirsiniz.

1. Xidmətin mahiyyəti
SaytService elektron informasiyanın qlobal İnternet şəbəkəsində yerləşdirilməsi və bununla bağlı digər xidmətləri həyata keçirmək məqsədilə istifadəçilərə öz serverində virtual sahə təklif edir. Saytın fəaliyyətini daha yaxşı təmin etmək məqsədilə hazırda və gələcəkdə bir sıra əlavə xidmətlər də (məs. statistika, sayğac və s.) təklif oluna bilər. Pulsuz İnternet səhifələrinin qeydiyyatı və idarə edilməsi istənilən zaman hamı üçün açıqdır və server administratorluğunun nəzarətindən asılı deyil. Yeni veb sayt haqqında məlumat SaytService-in müvafiq qeydiyyat formasını doldurduqdan sonra istifadəçinin email ünvanına göndərilir və yeni saytdan istifadə qaydaları sayt sahibinin nəzərinə çatdırılır.
2. İstifadəçinin vəzifələri
Pulsuz veb səhifələrin yaradılması və idarə olunması hər bir istifadəçinin öz ixtiyarındadır. İstifadəçi səhifə açılması üçün qeydiyyatdan keçərkən öz email ünvanını düzgün göstərməyə borcludur, çünki bütün zəruri məlumatlar bu ünvana göndəriləcək. Saytın idarə olunması üçün nəzarət panelinə giriş informasiyası (istifadəçi adı və şifrə) məxfi yerdə saxlanılmalıdır.
Saytda yerləşdirmək istədiyiniz informasiyaya müəyyən qadağalar tətbiq oluna bilər, buna görə də növbəti bölmə ilə diqqətlə tanış olun.
3. Qadağalar
Pulsuz İnternet səhifələrinin qeydiyyatı və istifadəsi SaytService tərəfindən yoxlanılmaması və idarə edilməməsinə baxmayaraq SaytService hər hansı informasiya növünün öz serverində yerləşdirilməsinə müəyyən qadağalar tətbiq edə bilər. Sayt yaratmaq məqsədilə istifadəçiyə təqdim edilən virtual sahədə tətbiq olunan qadağalar:
- istənilən növ pornoqrafik məzmunlu informasiya yerləşdirmək;
- arzuolunmaz elektron poçtunun ("spam") göndərilməsi və ya "spam" vasitəsilə sayta istifadəçilərin cəlb etmək;
- SaytService tərəfindən təqdim olunan hər cür xidmətin müvafiq razılaşma olmadan təkrar satmaq və ya təqdim etmək;
- müəlliflik hüquqları başqalarına məxsus olan informasiyanın ("pirat") müvafiq razılaşma olmadan saxlamaq və yaymaq;
- öz sahəsindən arxiv kimi istifadə etmək;
- müvafiq dövlət qanunlarını pozan fəaliyyətə məşğul olmaq və ya informasiya yaymaq;

Göstərilən kateqoriyalara daxil olan informasiya istifadəçiyə məxsus virtual sahədə tapıldıqda həmin səhifələr sayt sahibinə xəbərdarlıq edilmədən bağlanılacaq.
4. SaytService-in vəzifələri
SaytService özunə Internet səhifəsi açmaq istəyən hər bir istifadəçisini öz serverində ümumi həcmi 500 Mb olan virtual sahə ilə təchiz edir. Eyni zamanda saytın normal fəaliyyətini təmin etmək məqsədilə bir sıra əlavə xidmətlər də təklif oluna bilər. Saytın normal fəaliyyətini təmin etmək məqsədilə SaytService bütün saytların 24 saat, 7 həftə dövriliyə ilə monitorinqini həyata keçirir və istənilən problem barədə məlumat SaytService-ə bildirilməlidir.
SaytService istifadəçinin qeydiyyat zamanı daxil etdiyi şəxsi məlumatı hər hansı digər məqsədlər üçün istifadə etməmək barədə istifadəçiyə zəmanət verir. Sizə təqdim edilmiş virtual sahədə yerləşdirilmiş informasiyaya görə yalnız siz məsuliyyət daşıyırsiniz. Müvafiq xəbərdarlıqla SaytService-ə müraciət etmək yersizdir. Qaydalara əməl olunmadığı təqdirdə administrator sizə təqdim edilmiş xidmətin fəaliyyətini dayandıra bilər.
SaytService-in təqdim etdiyi bu xidməti istənilən vaxt istənilən istifadəçi üçün dayandırmaq hüququ vardır.
5. Digər qaydalar
SaytService, istifadəçilər tərəfindən fəaliyyətsiz saxlanılan, arxiv kimi istifadə olunan və ya məqsədəuyğun şəkildə istifadə olunmayan veb saytların fəaliyyətinin mütəmadi və ya dərhal dayandırılması hüququna malikdir.
SaytService təklif etdiyi pulsuz hostinq xidmətləri daxilində veb saytlarda reklam xarakterli materialların yerləşdirilməsi hüququnu özündə saxlayır.
Bu qaydalar SaytService və pulsuz veb səhifə qeydiyyatçısının maraqlarına uyğun olaraq optimal şərtlərə əsaslanır. Buna baxmayaraq SaytService göstərilmiş qeydiyyat qaydalarını istənilən vaxt istənilən formada dəyişmək hüququnu saxlayır və bu zaman cari istifadəçilər bu barədə müvafiq bildiriş alacaqlar.